Pakistan ordusu Hindistanda aviabazaları vurdu.
Pakistan ordusu Pəncabın Bxatinda aerodromunu, Cammu və Kəşmirin Akxnur bölgəsindəki aviabazaları məhv edib.
Məlumatı ordunun ictimaiyyətlə əlaqələr bölməsi yayıb.
Qeyd edək ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Qonşu dövlətin təcavüzünə cavab olaraq, İslam Respublikası hökuməti genişmiqyaslı “Bənyan ul-Marsus” (“Qurşunla örtülmüş divar”) hərbi əməliyyatına başladığını elan edib. (Axar)