Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb… — VİDEO
Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib.
Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb.
Bu barədə Türkiyə KİV-i xəbər verir.
Məlumata görə, Adananın Çukurova rayonunda baş verən bu hadisə görənləri heyrətə gətirib. Sosial mediada sürətlə yayılan görüntülər sayəsində şübhəli şəxs Ətraf Mühit, Təbiət və Heyvanların Mühafizəsi Bürosunun qrupları tərəfindən saxlanılıb.