Nura Suri: “Bəsdirin millətin qanını içdiniz”

“Bizdə niyə belədir ki?
Deməli, bank kartlarının SMS xidməti aylıq 0.90 qəpikdən 3 azn-ə qaldırılıb və avtomatik qiyməti artıran kimi xidməti bağlayıblar hamıda.
Həm də bunu elə bir dönəmdə ediblər ki, hər gün insanların kartlarından külli miqdarda pul oğurlanır. Bizdə bank sistemi onsuz da bərbaddır. Yəni ki, xalqa xidmət etmir, öz cibinə işləyir banklar. Hər gün də insanlara nəğd ödənişdən uzaqlaşıb, Apple Pay və Google Pay-lə ödəniş tövsiyə olunur.
Bir insafınız olsun da. AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır, marketlərdə hər gün qiymətlər qalxır bəsdirin də, millətin qanını içdiniz”.