Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? – ŞOK VİDEO

Avropa liderlərinin Kiyev səfəri öncəsi qeydə alınan görüntülərdə Makronun ağ maddəni, Merzin isə çubuq kimi cihazı gizlətməyə çalışdığı deyilir. Bu, kokain iddialarını gündəmə gətirib və məsələ getdikcə daha ciddi hal almaqdadır.
Tacxeber.com xəbər verir ki, Almaniya, Fransa, Böyük Britaniya və Polşa liderləri mayın 9-da Polşadan Ukraynaya gedən qatara toplaşıb, onlar jurnalistlərin qəfil kabinəyə daxil olması ilə panikaya düşüblər.
İki Avropa liderinin kameralar qarşısında ağ maddəyə bükülü paketi gizlətməsi ciddi müzakirə mövzusuna çevrilib.
Fransız mediası AFP-nin təqdim etdiyi görüntülərdə Fransa prezidenti Makron və Almaniya kansleri Merzin masa ətrafında əyləşərək əşyaları önlərində gizlətmələri diqqəti cəlb edib.
Makronun qarşısındakı ağ cismi əlinə götürüb sıxdığı, ardınca digər ovucuna qoyduğu və daha sonra cibinə yerləşdirdiyi diqqət çəkib.
Almaniyanın baş naziri Merzin qarşısındakı sarı çubuğa bənzər cihazı iki əli ilə örtərək kamuflyaj etdiyi müəyyən edilib.
Xarici media mövzu ilə bağlı edilən qiymətləndirmələrdə Merzin gizlətdiyi alətin koka ağacının yarpaqlarından çıxarılan kokain adlı dərmanın istifadəsi üçün istifadə edilən qaşıq olduğu iddia edilir. “Snuff spoon” adlana bu alət toz halında olan narkotikləri burundan iyləmək üçün istifadə edilən kiçik metal qaşıq kimi tanınır.
Makronun gizlətdiyi salfetə bənzər əşyanın da kokain istifadəsi zamanı istifadə olunan köməkçi alət olduğu bildirilir.
Yazıçı Mats Nilsson məsələ ilə ilə bağlı yazıb: “Makron “gizli” şəkildə əzilmiş salfet və ya paketi gizlədir. Merz bu videonun keyfiyyətində, heç olmasa, kənardan, kokain hopdurmaq üçün istifadə edilən cihaz kimi görünə bilən boruya bənzəyən şeyi əlində saxlayır”.
Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun Kiyevə səfəri zamanı çəkilən videoda masa üzərində narkotik maddənin olması barədə iddianı təkzib edib.
Sarayın X (tviter) sosial şəbəkəsində yaydığı bəyanatda deyilir: “Avropa Birliyi əlverişsiz olanda dezinformasiya o həddə çatır ki, sadə kağız salfetlər narkotik maddə kimi görünür. Bu saxta xəbərləri Fransanın həm xaricdə, həm də ölkə daxilində düşmənləri yayır. Biz manipulyasiyaya qarşı ayıq-sayıq olmalıyıq”.
Mətbuat xidməti ayrıca salfetin fotosunu da dərc edib və fotoya “Bu salfetdir. Burnu təmizləmək üçündür” sözlərini yazıb.