• 12 May 2025 20:50

Polşa Rusiyanın təxribatlarından sonra Krakovdakı konsulluğunu bağlayır.

Возможно, это изображение огонь и текст

Konsulluğun bağlanması Rusiya xüsusi xidmət orqanlarının hərəkətlərinə reaksiyadır. Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

 

“Rusiya xüsusi xidmət orqanlarının “Marywilska” ticarət mərkəzinə qarşı törətdiyi iyrənc təxribat aktının sübutlarının mövcudluğu ilə əlaqədar mən Rusiya Federasiyasının Krakovdakı konsulluğunun fəaliyyətinə razılığımı geri götürmək qərarına gəldim”.

2024-cü ilin mayında yanğın Varşavada böyük ticarət mərkəzini və orada yerləşən 1400-ə yaxın mağazanı məhv etdi. Hakimiyyət dərhal araşdırmaya başlayıb, lakin indiyədək Moskvaya qarşı birbaşa ittihamlar irəli sürməkdən çəkinib.

 

Polşanın Baş naziri Donald Tusk da X-də yazıb:

“İndi biz dəqiq bilirik ki, Varşavadakı “Marywilska” ticarət mərkəzində baş verən böyük yanğına Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil edilən yanğın səbəb olub”.

 

Mayın 11-də Polşanın ədliyyə və daxili işlər nazirliklərinin birgə bəyanatında deyilir ki, cinayəti törətməkdə şübhəli bilinən bəzi şəxslər artıq həbs edilib.

“Onların hərəkətlərini Rusiya Federasiyasında yaşayan konkret şəxs təşkil edib və idarə edib”, – hər iki nazirlik bildirib.

Polşa bu işin araşdırılmasında oxşar təxribat aktının baş verdiyi Litva ilə əməkdaşlıq edib. Bu ilin martında Litva hakimiyyəti Rusiya kəşfiyyat xidmətlərinin göstərişi ilə Vilnüsdə Ikea mağazasını yandıran azyaşlı ukraynalıya qarşı ittiham irəli sürüb. Mükafat olaraq ona və şərikinə 10 min avro və BMW markalı avtomobil vəd edilib. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər