• 13 May 2025 01:27

Röyadan səhnədə növbəti biabırçı HƏRƏKƏT — VİDEO

Tanınmış müğənni Xalq artisti Röya Ayxan sosial şəbəkələrdə yayılan son videosu ilə növbəti dəfə gündəmə gəlib.

Tacxeber.com xəbər verir ki, videoda sənətçi barəsində yazılan rəylərə, mesajlara və sosial mediada ona yönəlmiş tənqidlərə qeyri-etik jestlə cavab verib.

 

Xalq artisti əlini yançağına doğru uzadaraq, “Məni yazanları, mesaj atanları, sosial mediada danışanları bu yerimə də almıram!” – deyə bildirib.

 

Sözügedən video sosial platformalarda sürətlə yayılıb və istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. İzləyicilər bu davranışı birmənalı qarşılamayıb – bəziləri sənətçini sərt şəkildə tənqid edib, digərləri isə onun ifadə azadlığını müdafiə edib.

 

Qeyd edək ki, Röya Ayxan bundan əvvəl də bənzər qalmaqallı çıxışları, səhnə davranışları və sosial mediada paylaşdığı videolarla müzakirə mövzusuna çevrilmişdi.

 

Sənətçinin zaman-zaman sərt reaksiyaları və açıq-aşkar ifadələri ilə medianın diqqətində qalması artıq adi hala çevrilib. (Bakupost.az)

Tacxeber.com

Oxşar xəbərlər