• 13 May 2025 20:25

Putin Ukrayna qarşısında ultimatum şərtləri QOYDU

Rusiya prezidenti Vladimir Putin Ukrayna tərəfi ilə cümə axşamı Türkiyədə baş tutması gözlənilən danışıqlar üçün ultimatum şərtləri qoyub: tam və qeyd-şərtsiz təslim olmaq, NATO-ya üzvlükdən həmişəlik imtina etmək, Ukrayna hakimiyyətinin dəyişdirilməsi, Krım, Xerson, Zaporojya, Luqansk və Donbasın Rusiyaya verilməsi.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

 

Qəzetin məqaləsində deyilir ki, Rusiya tərəfi münaqişənin həlli üçün onun yaranmasının əsas səbəbinin aradan qaldırılmasına təkid edir.

 

Üstəlik, Moskva təkid edir ki, danışıqlar yalnız Rusiyaya təhlükəsizlik zəmanəti verildiyi təqdirdə mümkündür.

 

Qəzetin yazdığına görə, Rusiya tərəfinin tələblərinin hazırkı hərbi vəziyyətdən kənara çıxması diqqət çəkir. Və təsadüfi deyil ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens vəziyyəti şərh edərkən Kremlin nəzarət etdiyindən daha çox tələb etdiyini vurğulayıb.

 

Bu həftə Türkiyədə Rusiya-Ukrayna danışıqları keçirilməlidir.

 

Ukrayna prezidenti Vladimir Zelenski ötən həftə bəyan edib ki, Rusiya lideri Vladimir Putini 15 mayda Türkiyədə keçiriləcək görüşdə şəxsən gözləyəcək.

Tacxeber.com

Oxşar xəbərlər