• 23 Noyabr 2024 08:50

Hindistan Ermənistanda reaktiv atəş sistemləri YERLƏŞDİRƏCƏK

Hindistan Ermənistanda reaktiv atəş sistemləri YERLƏŞDİRƏCƏK

Hindistan Ermənistana 250 milyon dollar dəyərində silah və sursat, o cümlədən РСЗО – SMI reaktiv atəş sistemləri göndərəcək.

Tacxeber.az xəbər verir ki, bu barədə “Economic Times” nəşri yazır.

Hindistan tarixdə ilk dəfə olaraq xaricdə öz istehsalı olan reaktiv atəş sistemlərini yerləşdirəcək. Məlumata görə, Hindistan istehsalı olan reaktiv atəş sistemlərinin ilk alıcısı Ermənistan olacaq.

Qeyd olunur ki, müvafiq müqavilələr iki ölkə hökumətləri arasında bu ilin sentyabrının əvvəlində imzalanıb. Müqavilələrin dəyəri hələlik açıqlanmır.

Müqavilə çərçivəsində Hindistan Ermənistana tank əleyhinə raketlər və müxtəlif növ sursatlar da göndərəcək.

Tacxeber.az

Oxşar xəbərlər