• 14 May 2025 20:22

“Rəssamın ruhu şaddır” – İlkin Rüstəmzadə

Almaniyanın yeni baş naziri Mertz bir o qaldı ki, canlı yayım açıb Putini söysün. 10 günlük kanslerliyinndə rəsmən ildırım kimi davranır.  Racon kəsir eee.

 

Üstəlik adam açıq-aşkar deyir ki, Almaniya dünya siyasi səhnəsinə qayıdacaq və nüvə supergücü olacaq.

Hərdən mənə elə gəlir ki, Trampın Ukrayna məsələsindəki hoqqabazlığında həm də Almaniyanın qarşısından maneələri qaldırmaq məqsədi var idi.

Tramp milliyətcə almandır. Və alman kökənlilər hal-hazırda ispandilli latinolardan və qaradərililərdən sonra, sayca ABŞ vətəndaşları arasında üçüncüdür.

 

Status və dövlətdəki rol, güc faktorları nəzərə alınsa, birinci. Qısacası, bugünkü ABŞ anqlosakson olduğu qədər də alman dövlətidir. Almaniyanın silahlanması da ABŞ-ın istəyidir.

Almaniyanı isə elə-belə silahlandırmaq mümkün deyildi. Polşa var. Fransa var. Bu iki dövlət üçün Almaniyanın nüvə supergücü olması kabus idi 10 il əvvəl.

Fransa Avropa liderliyini itirəcək, Polşa daha bir müharibə və torpaq itkisi təhlükəsini hiss edəcəkdi 10 il əvvəlki şərtlərlə. Tək bunlar da deyil, supersilahlı Almaniya bütün Avropa üçün kabus olacaqdı.

 

Kreml ağasının işğalları və Trampın çılğınlığı isə, bütün Avropaya əyani şəkildə göstərdi ki, Avropa birləşməli və vahid supergücə çevrilməlidir. Buna maddi və elmi gücü çatacaq yeganə ölkə isə, Almaniyadır.

Və indi Avropa dövlətləri 2 dəfə dünya qırğını başlatmış Almaniyaya özləri yalvarırlar ki, buyur, gəl keç yuxarı başa, ağam, bizi qoru.

Almaniya əvvəl göz vururdu bu söhbətə, naz eləyirdi. Mertz isə gəldi və dedi ki, ok, day madam ki, özünüz istəyirsiz, onda başlayaq.

2 dəfə Avropanın ağası olmaq üçün dünya müharibəsi başladan Almaniya, bu dəfə heç nə eləmədən, dinc quruculuqla, ətrafın xahiş-minnət və alqışlarıyla bu pilləyə qalxır.

 

Rəssamın ruhu şaddır.

 

İlkin Rüstəmzad

Tacxeber.com

Oxşar xəbərlər