“Özümü nümunəvi aparıram ki, millətimin adına pis söz deyilməsin” – Elariz

8 ildir ABŞ-də yaşayan azərbaycanlı məşhur müğənni Elariz Məmmədoğlu paylaşımı ilə diqqət çəkib.
Tacxeber.com xəbər verir ki, bu barədə ifaçı instaqramda yazıb.
“Özümü nümunəvi aparıram ki, millətimin adına pis söz deyilməsin. Haqsız deyilən söz böhtandır”, – deyə o yazıb.
Onun hansı səbəbdən belə payalşım etməsi təəccüb doğurub.
Qeyd edək ki, 2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-yə köçən sənətçi Nyu-York restoranlarının birində çalışır. İfaçı əsasən, Amerikada azərbaycanlıların toylarını idarə edir.
Tacxeber.com