“Ey, yoldaş Putin, İstanbula get, lənət şeytana” — Braziliya prezidenti
Braziliya prezidenti Luis İnasio Lula da Silva rusiyalı həmkarı Vladimir Putindən Türkiyədə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarda iştirakını şəxsən tələb edəcəyini bildirib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Kyiv Post” məlumat yayıb.
KİV-in məlumatına görə, Çində regional forum başa çatdıqdan sonra da Silva Braziliyaya qayıdarkən Moskvada dayanacaq.
“Putinlə danışmağa çalışacağam. Mən bunu asanlıqla deyə bilərəm: “Ey, yoldaş Putin, İstanbula get və razılığa gəl, lənət şeytana”, – deyə Braziliya prezidenti Pekində keçirdiyi mətbuat konfransında deyib.
Məlum olduğu kimi, mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlar Kiyev və Moskva arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar ola bilər. (SAVASHMEDİA.az)