İstanbulda Rusiyanı kimin təmsil edəcəyini açıqlamırıq – Peskov
Kreml İstanbulda Ukrayna ilə danışıqlarda Rusiyanı kimin təmsil edəcəyini hələlik açıqlamayıb.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov qeyd edib ki, Rusiya nümayəndə heyəti mayın 14-də mütləq orada olacaq və Kiyevdən nümayəndələri gözləyəcək:
“Bu baxımdan heç nə dəyişməyib. Prezidentdən müvafiq göstəriş alanda bunu edəcəyik. Hələlik belə tapşırıqlar olmayıb”.
O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin mayın 11-də gecə bəyanatında söylədiyi hər şey aktual olaraq qalır. (Axar)