• 14 May 2025 23:50

İmişli Ağsaqqallar Şurasının yeni sədri də “Georgi lenti” taxıbmış – FOTO

İmişli Ağsaqqallar Şurasının yeni sədri də “Georgi lenti” taxıbmış - FOTO

İctimai qınağın artdığını nəzərə alıb tədbirin təşkilatçısı – rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovu dünən bu vəzifədən azad ediblər.

Azərbaycan Ağsaqqallar Şurası bu gün onun əvəzinə Vahid Tağıyevi İmişli rayon Ağsaqqallar Şurasının sədri seçib.

Amma maraqlıdır ki, yeni sədr də aydan arı, sudan duru deyilmiş.

Elə bu gün məlum olub ki, Vahid Tağıyev də Sarıxanlı kəndindəki SSRİ bayrağının fonunda keçirilmiş məlum tədbirin təşkilatçılarından olub.

 

Belə ki, sosial şəbəkələrdə həmin tədbirdən çəkilmiş foroşəkil paylaşılıb. Yuxarıdakı şəkildən görünür ki, Vahid Tağıyev Saleh Səmədovu sağ tərəfində dayanıb və o da sinəsinə “Georgi lenti” taxıb. Onun tələm-tələsik İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilməsi problemi necə deyərlər, bığdan götürüb saqqala qoymağa bənzədilib.

Məlumata görə, qurumun İdarə Heyətinin 26 nəfər üzvü olmasına baxmayaraq, sədr seçkisi tələm-tələsik olduğuna görə “26-lar”ın cəmi 7 nəfəri prosesdə iştirak edib.

 

Belədə ortaya belə bir sual çıxır: Saleh Səmədov SSRİ bayrağının qaldırılması və sinəsinə “Georgi lenti” taxmasına görə vəzifədən çıxarılıbsa, onda onunla eyni tədbirdə eyni işi görən şəxsə niyə etimad göstərilib?

Yəni İdarə Heyətində “Georgi lenti” taxmayan bir ağsaqqal yoxdur?  (Bakupoast)

 

Bakupost.az

Oxşar xəbərlər