Putin İstanbula niyə gəlmədi? – Səbəblər maraqlıdır

Rusiya Prezidenti Vladimir Putin barəsində yayılan yeni iddialar beynəlxalq medianın gündəminə çevrilib. İngiltərənin “The Mirror” nəşri rus liderinin sui-qəst qorxusu və yaxın çevrəsinə olan inamsızlıq səbəbilə nadir hallarda Kremlin xaricinə çıxdığını bildirib.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, 72 yaşlı Putin, xüsusilə Ukrayna ilə müharibənin artan təzyiqi altında təhlükəsizlik tədbirlərini daha da gücləndirib.
İddiaya görə, o, Kremlin təhlükəsizlik mexanizmini tərk etməkdən çəkinir və ictimai tədbirlərdə çox az görünür.
Qərb analitikləri, Putinin bu gün Türkiyədə keçirilən beynəlxalq zirvəyə qatılmamasını da bununla əlaqələndirir. İddialara görə Putin təhlükəsizliyinin təmin ediləcəyinə tam əmin olmadığından Ukrayna Prezidenti Volodimir Zelenski ilə eyni məkanda olmaq istəməyib. Mütəxəssislər Rusiya liderinin həm suiqəstdən, həm də müharibədə tətbiq etdiyi sərt strategiyanın nəticələrindən narahat olduğunu vurğulayır.
İngiltərənin Kimyəvi, Bioloji, Radioloji və Nüvə Alayının sabiq komandiri polkovnik Hamiş de Bretton-Qordon bununla bağlı bildirib ki, təcrübəli analitiklər artıq Putinin siyasi olaraq “gəzən ölü” halına gəldiyini və Ukraynadakı müharibənin onun sonunu gətirəcəyini düşünü.
Rusiya mediasının məlumatına görə, Putin 2023-cü ildən etibarən gülləkeçirməz jilet geyinməyə başlayıb. Bu addım, Prezident Təhlükəsizlik Xidməti tərəfindən təklif edilib. Həmçinin iddialara əsasən, Putin öz mühafizəçilərinə belə tam güvənmir, onlara tez-tez səfərləri ilə bağlı yalan məlumatlar verir.
Ukrayna müharibəsi çərçivəsində həlak olan, yaralanan və ya itkin düşən rus əsgərlərinin sayının təxminən bir milyona yaxın olduğu iddia olunur. Bu rəqəm Rusiya cəmiyyətində ciddi narazılıq yaradıb.
İngiltərəli Rusiya üzrə kəşfiyyat mütəxəssisi vəziyyəti belə şərh edib:
“Rusiyada pis qərarlar verən liderlərin aqibəti bəllidir. Putinin getdikcə paranoyak davranması əbəs deyil”.