İrandan Rusiyaya “brokoli və kahı” aparan avtomobildə külli miqdarda narkotik vasitə aşkarlandı

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla – tərəvəz yükünün içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitə aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “Brokoli və kahı” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.