“Azərbaycan dövlətinin ciddi-ciddi turizmin inkişafı dərdi, niyyəti var imiş kimi danışması gülməli gəlir” – Rüstəm İsmayılbəyli

Xorvatiyanın əhalisi 4 milyondan azdır, amma ildə təxminən 16-17 milyon xarici vətəndaş gəlir, turizmin iqtisadi dövriyyəyə faydası 10 milyard dollardan çoxdur.
Təbii ki, nə Dubrovniki Xaçmazla, nə Yuqoslaviyanın infrastrukturunu Azərbaycanla müqayisə etmək olar, amma məsələn, mən normalda bu şəhərin adını çox da eşitməmişdim.
Sadəcə Oslodan cəmi 25 manatlıq uçuşla, ən ucuz gedilə biləcək gözəl yer idi deyə gəlmək istədim.
İki ölkə arasında çox fərqlər var, amma belə nümunələri görəndən sonra sanki Azərbaycan dövlətinin ciddi-ciddi turizmin inkişafı dərdi, niyyəti var imiş kimi danışması gülməli gəlir.