• 19 May 2025 01:35

“Putin Ukraynanı kapitulyasiyaya məcbur etmək istəyir”

Rusiya prezidenti Vladimir Putin döyüş əməliyyatlarını davam etdirərək Ukraynanı kapitulyasiyaya məcbur etmək və öz şərtlərini qəbul etdirmək istəyir.

 

Tacxeber.com xəbər verir ki, bu fikri Ukrayna Silahlı Qüvvələrinin generalı, Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri (2005–2010) Nikolay Malomuj “Espreso” telekanalında bildirib.

 

“Putinin strategiyası Ukraynanı təslim olmağa məcbur etməkdir. Xüsusilə də Rusiyanın irəli sürdüyü şərtləri qəbul etdirmək. Ruslar azı 5 vilayəti işğal etmək və daha da irəliləmək istəyirlər. Putin danışıqlarda arqumentsizdir. ABŞ prezidenti Donald Tramp tez-tez Ukraynanın üstünlüklərindən danışmağı sevir, bu vəziyyətdə isə həmin üstünlük Putində yoxdur. O, Ukraynanın dinc əhalisinə zərbələr endirir, ordusu isə müxtəlif istiqamətlərdə hücum etməyə çalışır. Ruslar qoşunlarını cəmləşdirir və müxtəlif cəbhələrdə – Xarkov vilayəti, Sum vilayəti və Donetsk vilayətindəki Lyman istiqamətində hücuma hazırlaşırlar”, – deyə general qeyd edib.

 

Malomujun sözlərinə görə, ruslar genişmiqyaslı hücum əməliyyatları aparmaq üçün kifayət qədər resursa malik deyillər.

 

“Ruslar hücumları genişləndirməyə hazırlaşır və bununla Ukraynaya şərtlər diktə etmək istəyirlər. Lakin nəzərə almaq lazımdır ki, düşmənin bu cür əməliyyatlar üçün resursları məhduddur. Belə hücum üçün onların azı 1 milyon canlı qüvvəyə ehtiyacı var. Rusiya isə bu qədər resursa malik deyil”, – deyə ekspert bildirib.(APA)

Tacxeber.com

Oxşar xəbərlər