• 21 May 2025 02:13

“Cəhənnəmə kimi qazisən”

Gözdən əlil, bir gözü qəlpə yarası nəticəsində yerindən qopan, digər gözü isə cəmi 3 faiz görən, başında qəlpə olan, hazırda Kürdəxanı təcridxanasında saxlanılan Hacı Vəliyevin bütün tibbi sənədlərini əlavə etməklə yenidən ev dustaqlığı verdim. Həmin Xətai Rayon Məhkəməsinə ki, Melisa Qrupun camaatın başına evini uçuran rəhbərinə qısa müddətdə ev dustaqlığı verib. Həmin məhkəmə ki, Hacı Vəliyevin hansı əzab çəkdiyini yaxşı bilir.

 

Bu arada Hacı Vəliyev bildirdi ki, Kürdəxanı Təcridxanasında onu müayinə edən həkim demək olar ki, yoxdur. Bir həkim Hacının ağrılarından gileylənməsinə cavab olaraq qeyd edib ki, cəhənnəmə kimi qazisən. Kontuziyalı Hacı isə onunla mübahisə etdiyi üçün müəssisə rəhbərliyi tərəfindən karsa salınıb.

 

Hacının əllilliyinə görə vəsaitin köçürüldüyü Kapital Bank kartına blok qoyulub. İstintaq qeyd edir ki, bizim bununla bağlı məhdudiyyət tədbirimiz olmayıb. Kapital Bank məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm.

 

Vəkil – Aqil Layıc

Tacxeber.com

Oxşar xəbərlər