• 23 Noyabr 2024 06:02

Aygün Kazımova Rəhimdən danışdı: “Sonuncu dəfə dünən…“ – VİDEO

Aygün Kazımova Rəhimdən danışdı: “Sonuncu dəfə dünən...“ - VİDEO

Aygün Kazımova Rəhimdən danışdı: “Sonuncu dəfə dünən…“ – VİDEO


Rəhim Rəhimlinin vida mərasimində iştirak edənlərdən biri də Aygün Kazımova olub.

Tacxeber.az qafqazinfo-ya istinadla xəbər verir ki, Xalq artisti Aygün Kazımova xatirələrini bölüşüb: “Gözəl arzuları var idi. Gözəl layihələr planlaşdırmışdıq, duet də oxumuşduq bərabər. Təzə mahnı da aldım ondan. Gözəl formada idi, arıqlamışdı. Deyirdi necəyəm, aşkım, yaxşıyam? İmicimi dəyişmişəm, başqa cür olmuşam…

Ürəyində arzular getdi. Çox böyük arzuları var idi yaradıcılıqla bağlı…”

A.Kazımova mərhumla son görüşündən də danışıb: “Dünən yazdım ona. Hər gün yazışırdım. Yazmayanda bilirdim məşğuldur. 2-3 gün qabaq tədbirdə bərabər idik. O elə-belə dərdini bölüşən insan deyildi. Ayağı sınmışdı, axıra qədər müalicə də almamışdı. Ona görə də ayağı şişirdi. Ancaq ən yaxın dostları ilə dərdini bölüşürdü.

Rəhim şou-biznesdə ən yaxın sirdaşım idi. Hər şeyi ona danışırdım. Arxadan zərbəni bir ondan gözləmirdim. Başımız sağ olsun, belə bir sənətkarımızı itirdik..”

Tacxeber.az

Oxşar xəbərlər