• 22 May 2025 10:25

“Azərbaycanın ixrac-idxal rəqəmləri məmləkətdə iqtisadi durumun nə qədər çətin olduğunu göstərir” – Natiq Cəfərli

Azərbaycanın ixrac-idxal rəqəmləri məmləkətdə iqtisadi durumu tam izah edir, vəziyyətin nə qədər qəliz olduğunu göstərir.

 

2025-ci ilin ilk 4 ayında Azərbaynın ixracı 8,7 mlrd. dollar olub, idxalımız isə 8,1 mlrd. dollar təşkil edib. Ticarət dövriyyəsində müsbət saldo cəmi 600 mln. dollar civarında olub, halbuki, ötən illərdə bu rəqəm 6-8 mlrd. dollar civarında idi.

İxracımızın 90%-i neft-qazdır, bu heç, məsələ odur ki, idxal kəskin artır, ölkə heç nə istehsal edə bilmir, bacarmır. 2024-cü ilin ilk 4 ayı ilə müqaisədə ölkəyə idxal 2,6 mlrd. dollar artıb.

 

Məsələn, ərzaq idxalı 100 mln. dollar artaraq 870 mln. dollara çatıb.

Hökumətin fəxrlə təqdim etdiyi aqrar sektorda, meyvə-tərəvəzdə isə vəziyyət belədir: Azərbaycan bu ilin ilk 4 ayında xaricə 143 mln. dollarlıq meyvə-tərəvəz satıb, amma elə eyni dövrdə xaricdən 127 mln. dollara yaxın meyvə-tərəvəz almışıq. Bu sektorda müsbət saldo cəmi 16 mln. dollardır.

 

Türkiyənin bir tək Antalya bölgəsi hər ay meyvə-tərəvəz ixracından 140-150 mln. dollar qazanır, Azərbaycanın 4 ayda xaricə satdığını, Antalya cəmi 1 aya satır. Vəziyyət belədir…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər