• 23 Noyabr 2024 06:25

İran Türkiyəyə qaz nəqlini dayandıracaq

İranın Türkiyəyə qaz nəqlini bir müddət dayandıracağı açıqlanıb.

Bu barədə Türkiyənin BOTAŞ şirkəti yazılı açıqlama verib.

Bu qərar Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən başlayan qlobal enerji böhranı səbəbilə qəbul edilib.

Açıqlamada planlaşdırılmış texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq İran-Türkiyə Təbii Qaz Boru Kəmərindən qaz axınının 2-9 oktyabr tarixləri arasında 8 gün müddətinə dayandırılacağı bildirilib. Lakin tədarüklə bağlı problem olmadığı qeyd edilib.

“İran-Türkiyə Təbii Qaz Boru Kəmərində oktyabrın 2-dən 9-dək aparılacaq planlaşdırılmış texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq 8 gün ərzində Gürbulak giriş məntəqəsindən nəql şəbəkəmizə təbii qaz verilməyəcək. Lakin milli ötürücü şəbəkədə tələb-təklif balansı ilə bağlı hər hansı problem gözlənilmir”, – deyə bəyanatda qeyd edilib.

Mənbə: ABC Gazetesi

Tacxeber.az

Oxşar xəbərlər