• 07 İyun 2025 23:20

Elon Mask siyasətdən gedir, elə bilirdi siyasət asandır…

 Elon Mask siyasətdən gedir, elə bilirdi siyasət asandır…
Paylaş

Deyəsən, Elon Mask siyasəti tərk etmək üzrədir: DOGE departamentinin rəhbərinin karyerası açıq şəkildə nəticə vermədi. Bu da onun biznes imperiyasında özünü göstərir.

 

Mask bildirib ki, o, ən azı daha beş il Teslanın rəhbərliyində qalmaq və siyasətlə məşğul olmağı azaltmaq niyyətindədir. Bloomberg yazır ki, bu yolla o, səhmlərin düşməsindən və şirkət rəhbərliyində xaosdan narahat olan investorları sakitləşdirmək istəyir.

Eyni zamanda, “Politico” qeyd edir ki, Mask əsas donor olduğu Viskonsin seçkilərində respublikaçıların uğursuzluğundan sonra demək olar ki, ictimaiyyətin gözündən itib.

Biznesmenin reytinqi kəskin şəkildə aşağı düşüb – sorğulara görə, o, hətta Trampdan daha qeyri-populyardır. Maska etiraz olaraq Tesla salonları dağıdılır və yandırılır və avtomobil satışlarının azalması rekord həddə çatır.

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər