• 23 Noyabr 2024 07:37

TƏCİLİ: İranın Qafandakı yeni baş konsulu etimadnaməsini Ermənistan XİN başçısına təqdim etdi

İranın Ermənistanın Qafan şəhərinə təyin etdiyi baş konsul Mürtəza Abdin Vəramin sentyabrın 30-da təyinat məktubunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana təqdim edib.

Təqdimat mərasimində İranın Ermənistandakı səfiri Abbas Zühuri də iştirak edib.

Mərasimdə çıxış edən Mürtəza Abdin Vəramin Qafanda baş konsulluğunu açılmasını iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə xidmət edəcəyini bildirib.

Ermənistan XİN başçısı Ararat Mirzoyan İranın bu addımını Ermənistana verdiyi əhəmiyyətin göstəricisi hesab edib və İranın bölgədə sülh və sabitliyin qorunmasındakı rolunu təqdir edib.

İran mediası bu ölkənin Qafan şəhərinə baş konsulluğunun açılmasını Tehranın Azərbaycan və Türkiyəyə mənalı mesajı kimi təqdim ediblər.(Gunaz)

Tacxeber.az

Oxşar xəbərlər