• 08 İyun 2025 01:05

İranlılar İslamdan imtina edirlər?

 İranlılar İslamdan imtina edirlər?
Paylaş

Bu məlumatın nə qədər həqiqət olması barədə nəsə deyə bilmərəm. Amma əgər belədirsə, xeyli düşündürücüdür. İnsanlar dinlərindən imtina edirlər, yoxsa hakimiyyətin rəsmi ideologiyasına etiraz edirlər?

 

Beləliklə, verilən xəbərə görə, İranda təqiblərə baxmayaraq, İslamdan imtina edərək, xristianlığı qəbul edənlərin sayının artdığı deyilir. 2014-cü ildə ölkədə 370 min xristian var idi və 2025-ci ildə onların sayı 800 minə çata bilər. Qatı şiə İslamından məyus olan gənclər xristianlığa üz tuturlar. Hakimiyyət bunu təhlükə hesab edir və “xarici təsir”lə əlaqələndirir.

Qəddar dini diktaturanın hökm sürdüyü ölkədə İslamdan imtina etmək həbs və ya hətta, ölüm cəzası ilə nəticələnə bilər. 2022-ci ildə 134 iranlı xristian həbs edilib.

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər