• 23 Noyabr 2024 03:45

İnsanlar niyə bir-birini öpür? – MARAQLI FAKTLAR

İnsanların öpüşmə üsulu və öpüşməkdən əldə etdikləri məna müxtəlif mədəniyyətlərdə fərqli ola bilər. Bu halda öpüşmə hərəkətinin düşündüyümüz qədər universal olmadığını deyə bilərikmi?

 

 

Düşünürük ki, dünyada hər ana və uşaq bir-birinin yanağından öpür, ya da hər cütlük sevgilərini göstərmək üçün dodaqdan öpürlər. Ancaq öpüşmək düşündüyümüz qədər yayqın olmaya bilər.

168 fərqli mədəniyyət üzərində aparılan araşdırmaya görə, cəmiyyətlərin yarısından azı dodaq-dodağa ilə öpüşməyə üstünlük verir.

Nevada Las Vegas Universitetindən William Jankowiak deyir ki, valideyn-övlad öpüşü və ya salamlaşma kimi hallar istisna olmaqla, dünyanın yalnız 46 faizi dodaq-dodağa öpüşlərindən romantik şəkildə istifadə edir.

İnsanların niyə öpüşməyə ehtiyacı olduğuna dair iki nəzəriyyə var…

Öpüşmə hərəkətinin körpə olanda anadangəlmə dodaq toxunuşunun olması ilə əlaqədar olduğu düşünülür. Ana südü ilə əlaqələndirə biləcəyimiz bu vəziyyət əslində hər kəs üçün bir refleks hərəkətdir.

Digər tərəfdən, anaların və uşaqlarının “premastik qida transferi” deyilən bir şeyə görə bağlandığına dair iddialar var. Buna görə də qədim zamanlarda analar yeməyi övladlarına verməzdən əvvəl öz ağızlarında çeynəyib, uşağa yeməli hala salırdılar. Beləliklə, ana ilə körpə arasında ağızdan ağıza inkişaf edən bir bağ yarandı.

Araşdırmaya görə, öpüş haqqında ilk yazılı məlumata 4 min il bundan əvvələ aid fars əlyazmalarında rast gəlinib. E.ə. V əsrdə Herodot yazıb: “Farslarda yüksək təbəqənin adamları öz təbəqəsindən olanları dodaqdan, daha aşağı təbəqələrdən olanları isə yanaqdan öpürdülər”.

Öpüşmək qədim romalılarda da dəb olub. Hamı – kişilər, qadınlar, tanışlar, uşaqlar hər yerdə – evdə, küçədə öpüşüblər. Dodaqlarına boya kimi ətirli maye sürtüblər ki, öpüş daha ləzzətli olsun. Azmaq dərəcəsinə çatan “öpüş epidemiyası”nın qarşısını isə imperator Tiberi alıb.

Öpüşmənin alternativ yolları var…

Görüşəndə öpüş sayı hər xalqda bir cürdür. Məsələn, ərəblər, farslar üç dəfə, amerikanlar, fransızlar iki dəfə yanaqlarını toqquşdururlar. Çinlilər ictimai yerlərdə, zəncilər isə ümumiyyətlə görüşəndə öpüşmürlər. Yapon və çinli cütlüklər evlənəndə öpüş əvəzinə bir-birilərinə və gələn qonaqlara baş əyirlər. Kambocada bəy burnunu gəlinin yanağına toxundurur. Eskimoslar burunlarını sürtüşdürürlər, indoneziyalılarsa pərdə arxasında öpüşürlər ki, heç kim görməsin.

Jankowiak deyir: “İnsanların öpmək istəməməsi və öpməməyi seçməsinin səbəbi emosional məmnuniyyətin öpüşməkdən başqa bir çox yolla qarşılanmasıdır”.

Sheril Kirshenbaum isə deyir ki, dodaq-dodağa öpməyənlər intim olmağın başqa yollarını tapıblar:

“Darvinin təsvir etdiyi Malay öpüşündə qadınlar yerdə çöməlib, kişilər onların üzərinə əyilib bir-birlərinin qoxusunu içinə çəkirlər”.

Dünyada bir çox fərqli öpüş növlərinin olduğunu və öpüşmə hərəkətinin fərqli mənalar daşıdığını qəbul etsək belə, dodaqlarımızı sıxaraq öpmək insan davranışıdır.

Niyə dodaqdan dodağa öpürük? Digər tərəfdən, öpüşün təkamül məqsədi varsa, niyə daha çox heyvanın öpüşdüyünü görmürük?

Melissa Hogenboom 2015-ci ildə “BBC Earth” üçün bu suala cavab verib. Partnyorun üzünə yaxınlaşmağımızın səbəblərindən biri də onu yaxşı qoxulamaqdır.

Qoxu hər cür faydalı məlumatları aşkar edə bilər: pəhriz, xəstəliyin olması, əhval-ruhiyyə və qohumluq kimi bir neçəsini qeyd etmək olar. Bir çox heyvanın qoxu hissi bizdən daha çox inkişaf edib, ona görə də onlar yaxın olmaq məcburiyyətində deyillər. (Lent.az)

Tacxeber.az

Oxşar xəbərlər