İsrail Qəzza zolağının böyük hissəsinə nəzarəti BƏRQƏRAR ETDİ

İsrail ordusu Qəzza zolağının 77%-nə nəzarət edir.
Tacxeber.com TASS-a istinadla xəbər verir ki, bu barədə anklav hökumətinin mətbuat xidməti məlumat yayıb.
“İsrail ordusu Qəzza zolağının ümumi ərazisinin 77%-nə faktiki olaraq nəzarəti bərqərar edib”, – bəyanatda deyilir.
Qeyd olunub ki, İsrail beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozub. Qəzza hökuməti bu anklavda ccinayətlərə görə tam hüquqi məsuliyyəti İsrailin, həmçinin ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın üzərinə qoyub.
Mayın 19-da İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, yəhudi dövləti bütün Qəzzaya nəzarət edəcək və HƏMAS-ın “humanitar yardımı talamasına” imkan verməyəcək.