• 08 İyun 2025 06:39

Paşinyan: “Məhkəmə Azərbaycanla sülhü təsdiqləməsə, konstitusiyanı dəyişəcəyəm”

 Paşinyan: “Məhkəmə Azərbaycanla sülhü təsdiqləməsə, konstitusiyanı dəyişəcəyəm”
Paylaş

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, Ermənistanın əsas qanununa dəyişiklik təşəbbüsü ilə şəxsən özü çıxış edəcək.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumunda deyib.

“Biz sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistan qanunlarına uyğun olmadığı barədə qərar çıxararsa, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüs göstərəcəyəm. Çünki hesab edirəm ki, sülhün bağlanması imkanını əldən vermək olmaz”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər