Trampın rüsum siyasəti dünya iqtisadiyyatına baha başa gəlir

Rüsumların artması ilə müşayiət olunan ticarət müharibələri artan xərclər və satışların azalması səbəbindən dünya şirkətlərinə 34 milyard dollardan çox ziyan vurub.
Tacxeber.com xəbər verir ki, bu qənaətə “Reuters” agentliyi korporativ hesabatların, normativ sənədlərin və mətbuat konfransı materiallarının hərtərəfli təhlili əsasında gəlib.
Tədqiqat göstərir ki, Donald Trampın tətbiq etdiyi idxal tarifləri ilə bağlı qeyri-müəyyənlik dünyanın ən böyük korporasiyalarında strateji qərarların qəbulu prosesini iflic etdiyi üçün vəziyyət daha da pisləşəcək.