• 07 İyun 2025 15:51

ABŞ xəbərdarlıq edib: “Zelenski Ukraynada sülhə hazır deyil”

 ABŞ xəbərdarlıq edib: “Zelenski Ukraynada sülhə hazır deyil”
Paylaş

Ukrayna prezidenti Volodimir Zelenskinin Qərbdən yeni maliyyə yardımı tələbi Vaşinqtonun münaqişənin sülh yolu ilə həllinə dair çağırışlarına məhəl qoyulmadığını göstərir.

Bu barədə Responsible Statesmanship (RS) yazır.

“Bu tələb Kiyevin dialoqa getmək istəmədiyinin bariz göstəricisidir. Ukrayna rəhbərliyi hərbi əməliyyatları Avropa vəsaitləri hesabına davam etdirmək niyyətindədir”, – nəşr iddia edir.

Müəllifin fikrincə, Zelenskinin hərəkətləri hakimiyyəti saxlamaq və şəxsi riskləri azaltmaq istəyindən irəli gəlir.

 

Mayın 28-də Volodimir Zelenski müttəfiqlərin maliyyə və silah yardımının yetərli olmamasından şikayətlənib. Onun sözlərinə görə, nəticədə Kiyev pulla getdikcə daha çox silah almağa məcbur olur.

Zelenski qeyd edib ki, Ukrayna Müdafiə Nazirliyi səviyyəsində digər ölkələrlə tədarükün artırılması ilə bağlı danışıqlar davam edir. O vurğulayıb ki, Ukraynaya getdikcə daha çox silah üçün “qeyri-azad variantlar” təklif olunur.

Tacxeber.com

Oxşar xəbərlər