• 06 İyun 2025 04:18

“Araz Supermarket” məhsulu üzərində göstərilən qiymətdən baha satdığına görə cərimələnib

 “Araz Supermarket” məhsulu üzərində göstərilən qiymətdən baha satdığına görə cərimələnib
Paylaş

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Araz Supermarket” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

Tacxeber.com

Oxşar xəbərlər