İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Ultra Technologies” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.
Müqavilədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində istismarda olan informasiya sisteminin proqram təminatına texniki dəstək xidmətlərinin satin alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 884 315,01 manatdır.
Mediada gedən məlumatlara görə, “Ultra Technologies” şirkəti deputat Tahir Mirkişiliyə məxsusdur. Bu iddia indiyədək təkzib olunmayıb. (Valyuta.az)