• 07 İyun 2025 16:05

Rusiyanı sarsıdan “Hörümçək toru” əməliyyatından Trampın əvvəlcədən xəbəri olub?

 Rusiyanı sarsıdan “Hörümçək toru” əməliyyatından Trampın əvvəlcədən xəbəri olub?
Paylaş

ABŞ prezidenti Donald Trampın Ukrayna pilotsuz təyyarələrinin Rusiya hərbi aerodromlarını vurduğu “Hörümçək toru” əməliyyatı barədə əvvəlcədən məlumatı olmayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.

 

ABŞ prezidentinin əməliyyatla bağlı fikirlərini soruşduqda, Levitt Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını bildirib.

Leavitt həmçinin vurğulayıb ki, Tramp “bu müharibənin uzanmasını istəmir”.

Tacxeber.com

Oxşar xəbərlər