• 07 İyun 2025 07:07

Şvartsnegger donuz və eşşək alıb: Səbəbi sizi şoka salacaq – FOTO

 Şvartsnegger donuz və eşşək alıb: Səbəbi sizi şoka salacaq – FOTO
Paylaş

Məşhur aktyir Arnold Şvartsnegger son bir neçə ildə bir neçə ev heyvanı alıb.

Tacxeber.com xəbər verir ki, oğlu Patrik hesab edir ki, aktyor orta yaş böhranını aradan qaldırmağa çalışır.

Məşhur “Dəmir adam”ın və Kaliforniyanın keçmiş qubernatorunun Şnelli adlı donuzu (almanca “sürətli” deməkdir), Lulu adlı eşşəyi, Viski adlı miniatür atı və bir neçə iti var. Kiçik Şvartsnegger atası ilə Doktor Dolitl (heyvanların dilindən anlayan həkim Eddi Merfi ilə eyniadlı filmin baş qəhrəmanı) arasında paralellik aparıb.

 

“Deyəsən, həyatının bu mərhələsini tam qəbul edib. O, orta yaş böhranından keçən Dr.Dolittle kimi görünür, lakin bütün bunlarda sevinc və daha çox sülh var. Bu olduqca komikdir”, – Patrik sosial şəbəkədə yazıb.

Arnold tez-tez ev heyvanlarının foto və videolarını izləyiciləri ilə paylaşır. Yeni hobbisinə baxmayaraq, aktyor ictimai işlərlə məşğul olmağa davam edir. Bu yaxınlarda ekoloji fəaliyyətə verdiyi töhfəyə görə fəxri fərman alıb.

Tacxeber.com

Oxşar xəbərlər