• 07 İyun 2025 06:59

Türkiyəli seysmoloq Naci Görürdən İstanbul xəbərdarlığı

 Türkiyəli seysmoloq Naci Görürdən İstanbul xəbərdarlığı
Paylaş

Türkiyənin Çanaqqala vilayətinin Gökçeada sahillərində bu gün səhər saatlarında baş verən 4.6 bal gücündə zəlzələdən sonra məşhur türkiyəli zəlzələ üzrə mütəxəssis, seysmoloq Naci Görür bəzi qiymətləndirmələr aparıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə o, “X” hesabında paylaşım edib.

Naci Görür bu zəlzələdən sonra İstanbula diqqət çəkib.

 

“Egey dənizində 4.8 bal gücündə zəlzələ baş verdi. Bu zəlzələ Şimali Anadolu qırılma xəttinin şimal qoludur, yəni İstanbulda zəlzələ gözlədiyimiz qolun üzərindədir. Keçmiş olsun”, – deyə mütəxəssis yazıb.

Qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətinin Gökçeada rayonunda 4.6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkan yerli vaxtla saat 08:18-də baş verib. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.

Oxşar xəbərlər