• 07 İyun 2025 17:13

Rusiya – Ukrayna müharibəsində maraqlı hadisə baş verib.

 Rusiya – Ukrayna müharibəsində maraqlı hadisə baş verib.
Paylaş

Çox maraqlı hadisə baş verib. Təbii ki, ruslar Ukraynanın “Hörümçək toru” əməliyyatına cavab vermək istəyirlər və bu məqsədlə bu gün “İsgəndər” raket daşıyıcılarına malik atəş qurğuları Bryansk vilayətində yerləşən atəş mövqelərinə gətirilib. Batareya atəşə tam hazır idi və “İsgəndər” raketləri artıq qurğulara yerləşdirilmişdi. Atəşə sayılı dəqiqələr qalmış Ukrayna Silahlı Qüvvələri həmin mövqelərə çoxsaylı zərbələr endirib.

Nəticədə, 1 atəş qurğusu məhv edilib, 2-si isə zədələnib.

Son günlərdə Ukrayna Silahlı Qüvvələri, Təhlükəsizlik Xidməti (SBU) və Baş Kəşfiyyat İdarəsi (BKİ) yüksək səviyyəli hərbi perfomans nümayiş etdirirlər.

 

Kamran Cəfərov

Tacxeber.com 

Oxşar xəbərlər