• 08 İyun 2025 03:30

Elon Mask Tramp barəsindəki pedofiliya ittihamına dair paylaşımını silib – FOTO

 Elon Mask Tramp barəsindəki pedofiliya ittihamına dair paylaşımını silib – FOTO
Paylaş

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.

Tacxeber.com xəbər verir ki, sözügedən paylaşımda Mask Trampın adı olunan amerikalı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı sənədlərdə keçir: “Əsl bombanı atmağın vaxtı gəldi: Prezident Donald Tramp Epşteyn davasında iştirak edir. Bu, faylların ictimaiyyətə açıqlanmamasının əsl səbəbidir. Gününüz xeyir, Donald Tramp!”, – deyə Mask yazmışdı.

Qeyd edək ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar 2002-2005-ci illər arasında onun Manhettendəki evinə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın ziyarətini təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin malikənəsində azyaşlı qızlarla görüşdüyü iddia olunan çox sayda məşhur dövlət xadimləri, biznesmenlər və şou-biznes ulduzları var.

Xatırladaq ki, iyunun 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər. Mask yeni siyasi partiya yaratmaq niyyətini ifadə edib. Teslanın sahibi Trampın impiçmentini dəstəklədiyini də açıq şəkildə bildirib. Tramp isə Maskın fəaliyyətinin effektiv olmadığını və milyarderin ağlını itirdiyini vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər