• 23 Noyabr 2024 06:08

Putin cəbhə xəttinə “nüvə qatarı” göndərdi

Rusiya Prezidenti Vladimir Putin, çox güman ki, Ukrayna yaxınlığında nüvə silahını sınaqdan keçirməyi planlaşdırır.

Məlumata görə, bunun üçün o, cəbhə xəttinə “nüvə qatarı” göndərib.

Vladimir Putin açıq şəkildə ifadə edib ki, Rusiyanı müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır. Şiddətli döyüşlərin getdiyi Ukraynanın dörd bölgəsinin ilhaqından sonra bu gərginlik daha da artıb.

Məlumatlara görə, “BPM-97” zirehli maşınlarından və digər hərbi texnikadan ibarət karvan Rusiyanın mərkəzi ərazisindən keçib.

Bildirilir ki, mina əleyhinə silahların daxil olduğu bu mürəkkəb kompleks Rusiya ordusunun 12-ci Baş İdarəsinə məxsusdur. Bu idarə isə nüvə silahının mərkəzi anbarlarını idarə edir.

Polşalı hərbi analitik Konrad Muzıka qeyd edib ki, bu qatar nüvə sursatı, onun saxlanması, daşınması və müvafiq bölmələrə verilməsinə cavabdehdir.

“Bu, nüvə silahlarının cəbhəyə daşınması anlamına gələ bilər. Həmçinin Putinin Qərbi təhdid etmək və qorxutmaq cəhdi kimi dəyərləndirilə bilər”, – deyə hərbi analitik qeyd edib.

Muzıka öz “Twitter” hesabında qatarın təsviri ilə bağlı şərh verib. “Bu o deməkdir ki, bu videoda nüvə partlayışına hazırlıq nümayiş olunur? Tam şəkildə belə deyil. Başqa və daha çox ehtimal olunan səbəblər var”, – deyə o əlavə edib.  (Oxu.az)

Tacxeber.az

Oxşar xəbərlər