• 08 İyun 2025 17:24

Kurskda Rusiyanın Su-35 qırıcısı vuruldu – Ukrayna ordusunun uğurları davam edir

 Kurskda Rusiyanın Su-35 qırıcısı vuruldu – Ukrayna ordusunun uğurları davam edir
Paylaş

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, şənbə günü səhər saatlarında Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus Su-35 tipli qırıcı təyyarə vurulub. Məlumata görə, təyyarə Kursk vilayətinin ərazisinə düşüb. Hadisəyə dair dron vasitəsilə çəkilmiş görüntülər də yayılıb – videoda alov içində dağılmış təyyarə qalıqları əks olunub.

Hadisənin təfərrüatları hələlik açıqlanmır. Su-35-in hansı vasitə ilə vurulduğu da rəsmi şəkildə bildirilmir. Qeyd olunur ki, təyyarə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri tərəfindən məhv edilib. Bu qüvvələrin tərkibinə həm döyüş aviasiyası, həm də hava hücumundan müdafiə (HHM) bölmələri daxildir.

Rusiya Müdafiə Nazirliyi hələlik təyyarənin məhv edilməsi ilə bağlı açıqlama yaymayıb. Lakin rusiyalı hərbi bloqer “Fighterbomber” “Telegram” kanalında hadisəni təsdiqləyərək bildirib ki, təyyarə doğrudan da itirilib, lakin pilot sağ qalıb.

 

Su-35 Rusiya Hərbi-Hava Qüvvələrinin ən müasir və texnoloji cəhətdən inkişaf etmiş döyüş təyyarələrindən biridir. İstehsalına 2008-ci ildən başlanılıb. Əsasən hava hədəflərinə qarşı nəzərdə tutulsa da, yerüstü və dəniz obyektlərinə qarşı da yüksək döyüş qabiliyyətinə malikdir.

Hərbi ekspertlər hesab edirlər ki, Su-35-in itirilməsi Rusiya üçün həm texniki, həm də psixoloji baxımdan ciddi itkidir. Kursk kimi sərhədyanı vilayətdə bu səviyyədə təyyarənin vurulması, Ukraynanın hava hücum imkanlarının artdığını və Rusiya arxa cəbhəsində də təhlükəsizlik zəifliklərinin mövcud olduğunu göstərir.

 

Tacxeber.com

Oxşar xəbərlər