• 10 İyun 2025 09:28

Bu addım atılmasaydı, Los-Anceles xəritədən silinərdi – Tramp

 Bu addım atılmasaydı, Los-Anceles xəritədən silinərdi – Tramp
Paylaş

Tacxeber.com xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb;

“Kaliforniyada baş verən zorakı iğtişaşların yatırılması üçün Milli Qvardiyanın göndərilməsi əla qərar idi”. Tramp iddia edib ki, bu addım atılmasaydı, “Los-Anceles yer üzündən silinərdi”.

Ağ Ev rəhbəri Kaliforniya qubernatoru Qevin Nyusomu və Los-Anceles meri Karen Bassı tənqid edib. Tramp qubernatorların ona təşəkkür etməli olduqlarını vurğulayıb.

 

Qeyd edək ki, bundan əvvəl Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Tramp Administrasiyasını məhkəməyə verəcəyini açıqlayıb. Demokratlar Partiyasından olan qubernator Trampın etiraz aksiyaları ilə bağlı Milli Qvardiyanın əsgərlərini Los-Ancelesə göndərməsini qeyri-leqal, qeyri-əxlaqi və konstitusiya əleyhinə hərəkət adlandırıb. O bildirib ki, Prezident belə bir əmr verməzdən əvvəl məsələni ştatın qubernatoru ilə razılaşdırmalı idi.

 

Tacxeber.com

Oxşar xəbərlər