• 23 Noyabr 2024 09:34

Satanovskidən şok: 1,5 milyard insanı öldürməliyik

İsrailin keçmiş baş naziri Ariel Şaron o dövrlər bədəvilərə müraciətində belə bir söz demişdi: “İsrail – yəhudi dövlətidir. Kim bizimlə qalacaq, onlara yaxşı olacaq, kim bizimlə qalmayacaq, biz onları öldürəcəyik”. İndi gərək Rusiya da belə etsin – bizimlə olanlara yaxşı olmalıdır, qalanları isə öldürməliyik.

Bu radikal fikirlərlə “Rossiya 1” telekanalının efirində yayımlanan “Solovyovla axşam” verlişinin canlı yayımı zamanı ermənipərəst mövqeyi ilə seçilən rusiyalı politoloq Yevgeniy Satanovski çıxış edib.

“Mən bu fikirləri dəfələrlə öz Teleqram kanalımda yazmışam. Amma oranı az adam oxuyur. İndi bu fikirləri sənin verlişində (verlişin aparıcısı Vladimir Solovyova üz tutaraq deyir – red.) dedim. Rusiya ilə bir olanlara yaxşı olmalıyıq, qalanları öldürməliyik”, – deyə o qeyd edib.

“Sən bunu neçə təsəvvür edirsən? Biz 1,5 milliardlıq NATO ölkələrinin əhalisini öldürməliyik?” – Solovyov ona sual verib.

Satanovski bu suala adekvat cavab verə bilməyərək, mövzunu başqa məcraya çevirib. (Axar.az)

Tacxeber.az

Oxşar xəbərlər