• 22 Noyabr 2024 17:46

“100 ildir ermənilərlə bir-birimizi qırırıq, sonra yenə bir yerdə yaşayırıq” 

“100 ildir ermənilərlə bir-birimizi qırırıq, sonra yenə bir yerdə yaşayırıq” 

“100 ildir ermənilərlə bir-birimizi qırırıq, sonra yenə bir yerdə yaşayırıq”


Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələ yenidən aktuallaşıb.

Prezident İlham Əliyevin dünən Praqada jurnalistlərlə söhbət zamanı “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır” bəyanatı ilə çıxış etməsi diqqəti yenidən Azərbaycanın sülhməramlıların nəzarəti altında olan bölgəsinə yönəldib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bu bəyanatın beynəlxalq metod olduğunu bildirib:

“Bu beynəlxalq metoddur. Biz deyirik ki, Qarabağ bizimdir, orada yaşayan hər kəs də bizimkidir. Onun üçün də biz bu gün beynəlxalq təşkilatların qabağında həmişə bu sözü deməliyik. Bildirməliyik ki, onlar bizim vətəndaşlarımızdır, gəlib Azərbaycanda otururlarsa, bizim qanunlarımızı qəbul etsinlər və qalsınlar. Bunu demək bizim borcumuzdur. Bilirik ki, onlar illərlə bizimlə birgə yaşayıblar və vətəndaşımızdırlar. Bu beynəlxalq normadır və bunu etməliyik. Bunu Qarabağ ermənilərinə deməyin vaxtı çatıb, ya yox, bu mühitdən asılıdır. Onlar istəsələr gəlib qalsınlar. Prezidentimizin bunu deməyi çox gözəl addımdır”.

N.Cəfəroğlu bildirib ki, bu düşmənçilik uzun illər davam edə bilməz:

“Bilirsiniz, biz illərdir erməni ilə dümənçilik edirik, 100 ildir ermənilərlə bir-birimizi qırırıq, sonra yenə bir yerdə yaşayırıq. Bu gün Almaniyada 1 milyona yaxın yəhudi yaşayır. Amma vaxtilə Almaniya yəhudilərin kökünü kəsmişdi. Onlara nə qədər əzab, zülm vermişdilər, amma bu gün onlar birlikdə yaşayırlar. Bu məsələdən yola çıxaraq bilməliyik ki, dünya necə yaşayırsa, necə irəliyə gedirsə, bu yolla getməyə məcburuq. Biz onlarla yaşaya bilərik, amma gərək yaddaşımızı itirməyək, hər şey yadımızda qalmalıdır. Necə ki, erməni illərdir o genosidi xəstə beynində saxlayıb, biz də unutmamalıyıq. Bizim yaddaşımız zəif olur, hər şeyi tez unuduruq. Bu doğurdan da bir millətin böyüklüyüdür. Yəni bizim millət o qədər özünə arxayındı, o qədər özünə güvənir ki, hər şeyi bağışlaya bilər. Bu hər millətdə yoxdur. Biz istəsək də, istəməsək də onlar bizim qonşumuzdur. İran orada yaşayan azərbaycanlıların başına görün nə oyun gətirir, məktəb açmır, onları incidir, ermənilərə kömək edir, amma bu o demək deyil ki, biz İranla düşmən olmalıyıq. Bizim İranla da əlaqəmiz var və belə olmalıdır, istəsək də, istəməsək də bu belədir, tarix belə qurulub”.

Tacxeber.az

Oxşar xəbərlər