Ermənistandan Rusiyanı qəzəbləndirən daha bir addım
Ermənistandan Rusiyanı qəzəbləndirən daha bir addım
Haqqın.az-ın xəbərində bildirilir ki, qərarın qəbul edilməsinə səbəb “uzun illərdir Rusiyada baş verən və dünya ictimaiyyətindən cavab tələb edən çoxsaylı insan haqlarının pozulması faktları olub”.
BMT Təhlükəsizlik Şurası bununla bağlı qeyd edib ki, Rusiya Dövlət Dumasının qəbul etdiyi və Rusiya Federasiyasının prezidenti tərəfindən təsdiq edilmiş qanunlar ifadə azadlığını məhdudlaşdırır və insan haqları müdafiəçilərinin geniş şəkildə təqib edilməsinə yol açır.
BMT protokoluna uyğun olaraq, xüsusi məruzəçi Rusiya Federasiyasında insan hüquqlarının pozulması hallarını qeydə almalı, vətəndaş cəmiyyəti ilə işləməli və insan hüquqlarının pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlara tövsiyələr verməli olacaq.
Rusiya hakimiyyəti və rəsmilərinin BMT-nin xüsusi məruzəçisi ilə əməkdaşlıq edib-etməyəcəyi hələlik məlum deyil.
BMT-nin Cenevrədəki mənzil-qərargahındakı Rusiya nümayəndələri bu qərarı “qəribə” adlandırıblar. Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Gennadi Qatilov bildirib ki, “ABŞ-ın uydurmalarına əsaslanan qətnamənin məqsədi Rusiyaya qarşı yeni ittihamları irəli sürməkdir”.
Bildirilir ki, BMT-nin növbəti iclasında Rusiya üzrə xüsusi məruzəçi vəzifəsinə namizəd şəxs müəyyənləşəcək.
Yada salaq ki, bu il aprelin 7-də Ukraynanın Buça şəhərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktları məlum olduqdan sonra BMT Baş Assambleyası Rusiyanın İnsan Hüquqları Şurasında iştirakını dayandırıb. Ermənistanın Rusiyanı dəstəkləməməsi Moskvada qıcıq yaradıb.“Düzünü desəm, biz istərdik ki, tərəfdaşlarımız səsvermə zamanı daha qətiyyətli mövqe tutsunlar” deyə, Gennadi Qatilov açıqlamasında bildirib. “Mən ilk növbədə, təəssüf ki, səsvermədə bitərəf qalan Ermənistan və Özbəkistanı nəzərdə tuturam. Səsvermə bir daha göstərdi ki, ümumilikdə BMT-nin İnsan Haqları Şurası öz siyasi xəttini həyata keçirmək üçün Qərb dövlətlərinin manipulyasiya etdiyi quruma çevrilib”.
Qeyd edək ki, Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanı da BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarmaq çağırışları artıb. /Musavat.com