Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “TikTok”la bağlı açıqlama yayıb.
Tacxeber.az xəbər verir ki, hazırda sözügedən sosial şəbəkəyə giriş açılmayıb:
“Məlum olduğu kimi, “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində müraciət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq”.