• 23 Noyabr 2024 06:40

Deputat: “Hamısının evində televizoru, soyuducusu var, əhalinin əksəriyyəti yoxsuldursa, bütün bunlar nə ilə alınır?”

Deputat: “Hamısının evində televizoru, soyuducusu var, əhalinin əksəriyyəti yoxsuldursa, bütün bunlar nə ilə alınır?”

Deputat: “Hamısının evində televizoru, soyuducusu var, əhalinin əksəriyyəti yoxsuldursa, bütün bunlar nə ilə alınır?”


“Radikal müxalifət çox şeyə qara yaxa bilər. Onlar Vətən Müharibəsində əldə etdiyimiz qələbəni qəbul etmirlər. Nəinki qələbələrimizə, beynəlxalq aləmdə qazandığımız nailiyyətlərə də qara yaxırlar. İstəyirlər ki, Azərbaycan insanını yoxsul, dilənçi, müti şəkildə qələmə versinlər. Əslində belə deyil.

 Gəlin yoxsulluğun səviyyəsini belə ölçək. Əhalisinə görə Azərbaycanı xarici ölkələrlə müqayisə edəndə xaricdən alınıb gətirilən maşınların sayı bilirsiniz neçə dəfə çoxdur? Yaxşı, bu insanlar yoxsul idilərsə, bu qədər maşını haradan alıb gətiriblər? Yaxud rayonlarda, kəndlərimizdə tikilən yeni evləri nəzərə alaq. Doğrudan da, bu insanların əksəriyyəti yoxsuldursa, o cür gözəl evlər necə tikilib? Hansı pulla? İnsanların bugünkü geyimlərini, həyat şəraitlərini götürək. Hamısının evində televizoru, soyuducusu, digər texniki cihazları var. Doğrudan da, əhalinin əksəriyyəti yoxsuldursa, bütün bunlar nə ilə alınır?”

 Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycanda əhalinin böyük hissəsinin yoxsul olması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

 “Gedək, şadlıq evlərinə baxaq. Görün indiki vaxtda Bakının hansısa şadlıq evində, ya iaşə obyektlərində saat 17:00-dan sonra insan əlindən boş yer tapmaq olur? Hansısa məclis, ad günü toy keçirəcəklərsə, gərək, iki gün, bir ay əvvəldən yer sifariş edələr. Əhali belə yoxsuldursa, bu, haradandır? Müəyyən təbəqədə, əlbəttə, yoxsulluq var.

 Bütün ölkələrdə bu, belədir. Bu gün dünyada 1 milyard 600 min insan aclıq təhlükəsi altındadır, 8 milyondan çox insan aclıq çəkir. Azərbaycanda aclıq yox, yoxsulluq var. Müəyyən adamlar, doğrudan da, yoxsuldurlar, ancaq digərlərinə nisbətən. Hamı çörək tapıb yeyə bilir. Əksər insanların özlərinin ev şəraitləri, maşınları, torpaq sahəsi, mal-qarası var. “Yoxsul” o adama deyirlər ki, heç nəyi yoxdur, bir özüdür, bir paltarı”, – deputat bildirib.

T.Rzayev deyib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da yoxsul təbəqə var:

 “Ölkədə insanların əksəriyyətinin torpağı, mülkiyyəti, iş yeri, evi varsa, bu adamlara “yoxsul” demək Allahsızlıqdır axı. Demirəm ki, Azərbaycanda yoxsul yoxdur. Ancaq bunu bütün əhalinin adına yazmaq, “əksər əhali yoxsuldur, acdır, dilənçidir” demək yalnışdır. Ölkənin inkişafı da, iqtisadi göstəriciləri də, əhalinin artan tələbatı da, onların sosial vəziyyəti, ayrılan pensiyalar, müavinətlər, yoxsul təbəqəyə göstərilən maddi durum da göz qabağındadır. Belə halda, niyə əhalinin çox hissəsini “yoxsul” adlandırırlar? Radikal müxalifət faktlara istinad edəndə gərək ölçüb-biçsin. Onlar isə hər şeyi öz arşınları ilə ölçürlər. Bu, barışmaz haldır, insana, Vətənə, torpağa xəyanətdir. Mən bunu xəyanət kimi qiymətləndirirəm.

 Çünki bu rəqəmləri xarici ölkələr, bizi istəməyən qüvvələr götürürlər, deyirlər ki, Azərbaycanda insanlar dilənçi kökündə yaşayırlar. Biz, doğrudan da, yoxsul dövlət olsaydıq, bu qədər silah-sursat, döyüşlərdəki qələbə mümkün olmazdı axı. İqtisadi cəhətdən zəif ölkə olsaydıq, insanlarımız ac-yalavac yaşasaydılar, biz bu qələbələri qazana bilməzdik, böyük, möhtəşəm işlərə imza qoya bilməzdik, bu qədər tikinti, abadlıq, quruculuq işləri getməzdi. Yoxsul ölkədə axı bunlar olmur. Dilənçi ölkədə axı bu, mümkün deyil. Əlbəttə ki, gətirilən sitatlarla barışan deyiləm. Azərbaycanı istəyən heç kəs bu faktlarla barışmaz”.

Tacxeber.az

Oxşar xəbərlər