“İçki içməyi də bizə ruslar öyrətdi…” – Tahir Əmiraslanov
Azərbaycanla Ermənistan arasında yaxın vaxtlarda sülh sazişinin imzalanması gözlənilir. Konkret tarix bəlli olmasa da, iki ölkə arasında münasibətlərin zaman içərisində normallaşacağı ehtimal edilir.Sözsüz ki, sülh müqaviləsinin imzalanması qarşılıqlı gediş-gəlişi təmin edəcək, iki xalq arasında təması gücləndirəcək. Qeyd edək ki, erməni KİV-lərində son günlər bu istiqamətdə qızğın müzakirələr gedir. Ermənilər post-müharibə dövründə Azərbaycan mədəniyyətindən nə əxz edəcəkləri ilə bağlı müzakirələr aparırlar.
Hazırda eyni sual Azərbaycan üçün də aktualdır: Münasibətlərin normallaşması Azərbaycan mədəniyyətinə, incəsənətinə, məişətinə nə qazandıra bilər?
Tacxeber.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az.a danışan Milli Kulinariya Mərkəzinin sabiq rəhbəri, tanınmış kulinar Tahir Əmiraslanov Azərbaycan xalqının erməni mətbəxindən götürə biləcəyi hər hansı yeməyin olmadığını deyib:
“Azərbaycan mətbəxinin erməni mətbəxindən götürəcəyi heç nə qalmayıb, çünki ermənilər burada yaşadıqları müddətdə Azərbaycan mətbəxini əxz ediblər. Onlar burada yaşamaq, ətraf mühitə uyğunlaşmaq üçün bunu etməli idilər və mətbəximizi götürüblər. İndi özümüzdə olan şeyləri təzədən ermənilərdən necə geri götürə bilərik? Erməni mətbəxində elə bir yemək yoxdur ki, biz onu götürək, yaxud bizdə olmasın. Hamısı bizdə var. Bəzi yeməkləri isə sovet mətbəxindən biz də götürmüşük, onlar da. Borş, veneqred, paytaxt salatı, şuba kimi yeməklər və salatlar da bura aiddir. Onlardan götürüləsi heç nəyimiz yoxdur, təki bizimkiləri oğurlamasınlar, bəsdir. Milli mətbəximizi bişirsinlər, yesinlər, buna bir söz deyə bilmərik, amma yeməyi öz adlarına çıxarmasınlar, müəllifini unutmasınlar. Bizim onlardan hər hansı yemək götürməyimiz mümkün deyil, çünki onlar qeyri-adi heç nə icad etməyiblər. Biz ət yeyənik, onlar ətdən nə isə icad edə bilməzlər. Onlar ilin 200 günü ətdən orucdurlar, çünki xristiandırlar”.
O, “erməni konyakı” anlayışının olmadığını, bunun tamamən uydurma olduğuğu bildirib:
“İçki içməyi də bizə ruslar öyrətdi. Araq içməyi məhz ruslardan öyrəndik, ermənidən nə öyrənəcəyik? Ermənilərin özünün içkisi yoxdur, bunu yalandan yazırlar. Ümumiyyətlə, “erməni konyakı” adında bir içki yoxdur. O vaxt Fransa buna görə onları məhkəməyə belə verirdi. Sonra bağışladı, onlara da pul verdi ki, bu konyak adını çəkməyin. Konyak Fransanın brendidir, oranın məhsuludur, kimin nə ixtiyarı var ki, konyakı yaxud şampanı öz adına çıxarsın?! Ermənilər yalandan bir əfsanə uydurublar ki, guya Çörçil erməni konyakı sevirmiş. Bunlar hamısı yalandır! Özləri belə əfsanələr yaradırlar, xarici jurnalistlər də buna aldanıb götürüb dərc edirlər. Belə məsələlərin hamısı tarixi faktlarla sübut olunmalıdır. Yoxsa bir erməni çıxıb özündən uyduraraq “Erməni konyakı, turşusu, erməni qızları gözəldir” deyirsə, bu belə deyil, bu işlər belə olmur. Hər yerin gözəli də, çirkini də var”.
T.Əmiraslanov ermənilərlə bağlı uşaqlıq illərindən qalma xatirələrini də bölüşüb:
“Mənim xatirələrimdə başqa şeylər var, indiki gənclər bunu bilmir, amma biz xatırlayırıq. Erməni gəlib bizdən su, yemək istəyəndə nənəm həyətdə istədiklərini verirdi. Çünki kiməsə su verməmək günahdır. Həyətdə işləyən ermənilərə yemək də verirdik, sonra o qablar götürülüb çayda qumla tər-təmiz yuyulurdu, 3 dəfə salavatlanırdı ondan sonra həmin qabda itə yal verirdilər. Ruslara, molokanlara, gürcülərə qarşı bunu etmirdilər, amma ermənilərə edilirdi. Çünki şüuraltında insanlar nəyisə bilirdilər, qanlarında qalmışdı”.