Ukrayna kəşfiyyatı onu əsir götürənə 100 min dollar mükafat vəd etdi – FOTO
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qondarma “Donetsk Xalq Respublikası”nın keçmiş “müdafiə naziri” İqor Qirkinin (Strelkov) tutulması üçün 100 min dollar mükafat vəd edib.
Tacxeber.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, 2014-cü ildə Donbas uğrunda döyüşən Qirkin yenidən cəbhəyə yollanıb.
Daha əvvəl Ukraynada Qirkinin cəbhəyə göndərilməsi xəbəri yayıldıqdan sonra onun tutulması üçün 10 min dollar mükafat elan edilmişdi.
Oktyabrın 15-də Qirkinin həyat yoldaşı Miroslava Reginskaya onun cəbhəyə getməsi ilə bağlı hərbi müxbirlərin xəbərlərini şərh edib və əri ilə fotosunu yayımlayıb. Strelkovun özü isə oktyabrın 10-dan bəri Teleqram kanalında heç nə paylaşmayıb.