• 23 Noyabr 2024 03:55

İran PUAları Ukraynada niyə sərçə kimi vurulur? – Polkovnikdən açıqlama

İran PUAları Ukraynada niyə sərçə kimi vurulur? - Polkovnikdən açıqlama

İran PUAları Ukraynada niyə sərçə kimi vurulur? – Polkovnikdən açıqlama


Ukrayna Hərbi Hava Qüvvələri İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatlarını zərərsizləşdirməyin yollarını tapıb.

Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib. Ötən gün yayılan rəsmi məlumata görə isə son sutka ərzində Ukraynanın cənubunda İran istehsallı 37 “Şahed” PUA-sı vurulub. 

Bəs görəsən, Ukraynanın İran PUAlarını sərçə kimi qırmasına səbəb nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovk Üzeyir Cəfərov bildirib ki, artıq Ukrayna pilotsuz uçuş aparatlarını aşkarlamaqda peşəkarlaşıb:

“İranın pilotsuz uçuş aparatları artıq Ukrayna tərəfindən təsbit edilir və alqoritmlərə-hesablamalara əsasən aşkarlanır. İlk günlər Ukrayna onların aşkarlanmasında, vurulmasında çətinlik çəksə də, ikinci mərhələdə hesablamalar yerini tutdu və artıq onları vura bilir. Dünənki məlumat ondan ibarətdir ki, həyəcan siqnalı ilə yolda hərəkəti tənzimləyən post patrul xidmətinin əməkdaşları da avtomat silahla pilotsuz uçuş aparatını vurublar. PUA-ların maksimal uçuş sürəti 180 kilometrdir, onlar 60 – 4000 metr hündürlüyündə uçurlar. Aşağıdan uçanda onları müəyyən etmək çətin olsa da, hündürdən uçduqda hava hücumlarından müdafiə sistemləri onları rahatlıqla müəyyən edir. Artıq Ukrayna 10 pilotsuz uçuş aparatından 8-ni çox rahat şəkildə vura bilir. Mənə elə gəlir ki, bu həftə onların 10-nun da vurulması üçün bütün işlər görüləcək”.

Onun sözlərinə görə, İran istehsalı olan sözügedən pilotsuz uçuş aparatları yüksək keyfiyyətə malik deyil və Rusiya çarəsizlik ucbatından onlardan istifadə edir:

“Bu PUA-ların çəkisi maksimum 200 kiloqram olur və infrastrukturun dağıdılması məqsədilə istifadə olunur, onlar elə də böyük keyfiyyətə malik deyil. İndiyə qədər o PUA-lara elə də böyük maraq olmayıb, sadəcə olaraq, Rusiya çarəsizlikdən məcburiyyət qarşısında qalıb İrana müraciət edib. İndiyə qədər 300 PUA alıb. İranın da il ərzində istehsal edə biləcəyi maksimal say 300-dür. Hətta qardaş Türkiyədə də bu qurğuların il ərzində hazırlanma sayı 300-dür, çünki onların hazırlanma texnologiyası, yığılması prosesi var, bu vaxt tələb edir və mürəkkəb məsələdir. İndi Rusiya 2400 ədəd PUA sifariş edib, amma yenə deyirəm, bu Rusiyanın əlacsızlıqdan atdığı bir addımdır, çünki başqa yolu yoxdur. Prinsip etibarı ilə bu PUAlar heç nəyi həll etmir. Sadəcə psixoloji təzyiq göstərmək, Ukrayna xalqında panika yaratmaq üçün istifadə olunur. Çarəsizlikdən Rusiya bu gün həmin pilotsuz uçuş aparatlarından istifadə etmək zorundadır”.

Tacxeber.az

Oxşar xəbərlər