• 23 Noyabr 2024 05:12

Bu, Rusiyanın ən biabırçı məğlubiyyətidir

Rusiya Ukraynanın genişmiqyaslı əks-hücumu nəticəsində Xarkovda kütləvi itkilərinə baxmayaraq, bu əraziyə iddiasını hələ də saxlayır.

Tacxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Ukraynanın Xarkov vilayətində keçirdiyi əməliyyat Rusiya ordusunun bəlkə də ən biabırçı məğlubiyyəti idi. Məhz bölgənin azad edilməsi Rusiyada qismən səfərbərliyin elan edilməsinə və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində təcili “referendum”un keçirilməsinə gətirib çıxardı. Dünən də rus ordusu Xarkov istiqamətində məhdud quru əməliyyatı həyata keçirdi. Ruslar dövlət sərhədindən 2 kilometr aralıda yerləşən Volçansk rayonunun Oqurçovo kəndinə uğursuz hücum ediblər. Böyük itkilərinin olmasına baxmayaraq, bu əməliyyat Rusiyanın Xarkova qarşı iddialarının hələ də bitmədiyini göstərir”, – institutun analitikləri bildiriblər.

Tacxeber.az

Oxşar xəbərlər