• 23 Noyabr 2024 05:37

Könül Xasıyeva xalqdan pul istədi: “Yaşamağım üçün 254 min manat lazımdır”

Xalq artisti Könül Xasıyeva maddi yardım istəyib.

Sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib və əməliyyat olunması üçün maddi dəstəyə ehtiyacı olduğunu bildirib:

“Var-dövlət arxasınca qaçmadım. Sadə doğuldum, sadə yaşadım. 22 ildir hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı. Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bəd xassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var”.

Xalq artisti əməliyyat olunub sağalacağı təqdirdə pərəstişkarları üçün pulsuz konsert verəcəyinə də söz verib:

“Almaniyada olacaq əməliyyat üçün 150.000 dollar (254 min manat) vəsait lazımdır. Ümidim sizədir, məni dualarında yaşadan əziz xalqımız! İnanıram ki, Azərbaycan musiqisini “Gecələr”siz, Kazımı da körpə canı ilə mənsiz, tək qoymayacaqsınız.

Buna o qədər inanıram ki… Vəsait yığılıb, sağ-salamat qayıtsam, Allahın izni ilə 2 gün Heydər Əliyev sarayında və daha sonra bölgələrimizdə pulsuz, açıq konsertlər verəcəyəm”.

Tacxeber.az

Oxşar xəbərlər