• 23 Noyabr 2024 08:01

50-dən çox qadını dişi ilə parçalayan MÜƏLLİM – TƏFƏRRÜAT

Anasını zorlayan, 53 nəfəri öldürən, Rostov qəssabı kimi tanınan məşhur serial qatil Andrey Romanoviç Çikatilo…

Andrey Romanoviç Çikatilo kimdir? 

53 nəfəri öldürən və məşhur qəssab kimi tanınan Andrey Çikatilo haqqında məlumatları təqdim edirik

Arayış:

Cinayətlərinə 1978-ci ildə başlayan və 1990-cı ilə qədər davam edən və Rostov qəssabı kimi də tanınan Andrey Çikatilo 1936-cı il oktyabrın 16-da Ukraynanın Sum vilayətinin Yabloçnoe kəndində anadan olub. O, doğulanda ölkədə vəziyyət pis olub. O zaman İosif Stalinin rəhbərliyi altında Sovet İttifaqı tam xaos içində idi. Ölkədə aparılan siyasət ucbatından qıtlıq hökm sürür və insanların aclıqdan ölməmək üçün bir-birini öldürüb yediyi şayiələri yayılırdı. Hətta Andrey Çikatilonun böyük qardaşı Stepanın qaçırılıb yeyildiyi deyilir. Qəssab kimi tanınan Çikatilonu gecələr sidik saxlaya bilmədiyi üçün anası dəfələrlə döyüb. Atası isə müharibədə əsir düşüb.

Yayılan bəzi məlumatlara görə, Çikatilonun atası 1941-ci ildə Sovet ordusuna qatılandan sonra anasını bir alman əsgəri zorlayıb. Uşaqlıqda şahidi olduğu çətinliklərə baxmayaraq, məktəb həyatında yüksək müvəffəqiyyətlər göstərən Çikatilo yeniyetməlik illərində impotent olduğunu anlayıb. Andreyin yeniyetməlik illərində bir neçə qadınla münasibəti olsa da, zəifliyi səbəbindən heç biri uzun sürməyib. Onun qızlarla münasibətləri alınmır, tez-tez depressiyaya qapılırdı. Çox utancaq olmağa başlamışdı.

Sosial mühitdə bacarıqsız olduğunu düşünən Çikatilo 1955-ci ildə ilk ciddi münasibətinə başlayıb. Fəqət cinsi əlaqələrində ereksiya pozğunluğu yaşadığı üçün münasibəti sona çatmışdı. 3 il məcburi əsgərlik etdikdən sonra kəndə qayıdıb yenidən bir münasibətə başlayan Andrey, yenə uğursuzluqla qarşılaşır.

Yaşıdları arasında lağ obyektinə çevrilən Çikatilo bu müddət ərzində özünü asaraq intihar etmək istəsə də, anası və qonşuları ona mane olduğu üçün istəyinə nail ola bilməyib.

1993-cü ildə Çikatilo müsahibəsində bunları demişdi: 

“Qızlar mənim arxamca iqtidarsız olduğumu danışırdılar. Buna görə çox utanmışdım. Özümü asmağa çalışdım, amma anam və qonşular mane olmuşdular”.

Bu hadisədən sonra sarsılan Andrey doğma yurdundan köçməyə qərar verir. 1961-ci ildə Rusiyaya köçən və bacısı Tatyana ilə yaşamağa başlayan Andreyin vəziyyətini anlayan qardaşı dərhal ona arvad axtarmağa başlayıb. Çünki Andrey qadınların qarşısında o qədər utancaq idi ki, danışa bilmirdi. Tatyananın səyləri sayəsində 1963-cü ildə Feodasiya Oçaçeva ilə evlənir. Toydan sonra Çikatilo Rostov Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olur. Həmin il onların oğlu olur, lakin 8 ay sonra ölür. Bundan sonra 1965-ci ildə qızı, 1969-cu ildə isə oğlu dünyaya gəlir.

Cinsi təcavüzə başlayan Andrey…

Sakit müəllim kimi tanınan Çikatilo bir müddət keçəndən sonra ilk cinsi hücumunu 15 yaşındakı bir şagirdi üzərində gərçəkləşdirir. 1973-cü ildə 15 yaşlı qıza cinsi təcavüz etdikdən sonra qısa müddətdə başqa bir şagirdə də hücum edir. Şagirdləri ondan şikayət etdikdən sonra məktəbdən ayrılmaq məcburiyyətində qalır. Sonra Rostovun mərkəzindəki fabrikdə alışır və işinə görə tez-tez səyahət edirdi.

Cinayətlərə başlayır…

Kənardan 2 uşaqlı mehriban bir ailə başçısı kimi görünən Andrey ilk qətlini 1978-ci il dekabrın 22-də törədir. Yelena Zakatnova adlı 9 yaşlı qızı konfet verəcəyini deyərək aldadan Andrey onu fahişələr üçün gizlicə aldığı kiçik evə aparır. Burada onu zorlamağa cəhd etsə də, ereksiya problemi olduğu üçün məqsədinə nail ola bilmir. Qızın qaçmaq istəyinə çox əsəbləşən Çikatilo onun qarnına 3 bıçaq zərbəsi vurur. Elə bu əsnada qatil ereksiya ola bilir…

Kiçik qızın yoxa çıxmasından sonra bəzi ipuçları polisi Çikatiloya aparır. Lakin yaratdığı hörmətli profilə görə qətl onun üzərinə qalmır. Kiçik qızı öldürməkdə ittiham olunan Aleksandr Kravçenko daha əvvəl də oxşar cinayət törətdiyi üçün tutulur və 15 il  azadlıqdan məhrum edilir. Lakin qızın yaxınları Kravçenkoya verilən cəzanı yüngül hesab etdikləri üçün 1983-cü ildə onların təzyiqi ilə edam edilir. Əsas günahkar Çikatilo isə bu müddətdə bir-birinin ardınca qətllər törətməkdə davam edir.

3 ildən sonra (1981-ci il) dayanacaqda gözləyən 17 yaşlı Larisa Tkaçenkoya araq içməyi təklif edən Andrey onu meşəlik əraziyə aparır. Don çayı yaxınlığındakı meşəlik ərazidə Larisanı yerə yıxaraq paltarını cıran seri qatil ona təcavüz etmək istəsə də, məlum problem ucbatından cinsi əlaqəyə girə bilməyib. Bundan qəzəblənən Çikatilo qıza çubuqla dəfələrlə zərbələr endirib, dişləri ilə onun döşlərini dişləyib və ağzına doldurduğu palçıqla onu boğub.

Qurbanlarının gözlərini deşirdi…

Onun qurbanı 9 ay sonra 13 yaşlı Lyubov Biryuk olub. 52 yerindən bıçaqlayaraq öldürdüyü qızdan sonra öldürmək istəyini boğmağa çalışan qatil 1982-ci ildə 9-16 yaşlarında yeddi uşağı qətlə yetirib.

Uşaqları konfet, saqqız, böyükləri isə içki, ev, pul kimi təkliflərlə aldadan Andrey Çikatilo qurbanlarını adətən meşəlik ərazilərdə öldürürdü. Daha çox bıçaqdan istifadə edən qatil qurbanlarının bir qismini döyərək və ya boğaraq öldürüb. Qeyd edək ki, o, meyitləri gizlətmək üçün heç bir səy göstərmirdi.

Ölənlərin üzərində sadizm əlamətləri var idi: kəsilmiş, iynələnmiş, hər cür ələ salınmış meyitlər, meyitlərin müxtəlif orqanların kəsilməsi, doğranılması… Ən təcrübəli polisin belə ağlına gəlmirdi ki, bu qətlləri filologiya fakültəsini bitirmiş, mühazirələr oxuyan müəllim Andrey Çikatilo törədə bilər.

Qurbanlarının gözlərini deşən Çikatilo, yetkin qadınları içkiylə, fahişələri və ya evsiz qadınları aldadaraq tənha yerlərə aparmağı bacarırdı. O, adətən qurbanları ilə cinsi əlaqəyə girmək istəyirdi, lakin o, ereksiya ola bilməyəndə, qəzəblənir və qurbanını bıçaqlayırdı.

O, çox qısa müddət bədən tərbiyəsindən dərs deyib. Üzgüçülük dərslərindən birində 14 yaşlı qıza üzməyi öyrədir, lakin dərs vaxtı qıza qarşı təcavüzkar hərəkətlər edir. Zalda başlayan səs-küydən sonra Çikatilo məktəbdən qovulur. Bundan sonra peşə məktəbinin yataqxanasında komendant işləməyə başlayır.

Silsilə qətl törədən Andrey cinayətkarın profili yanlış olduğu üçün şübhəli kimi görünməyib. Çünki axtarışlara görə cinayətkar ya psixi xəstə, ya da orqan alverçisinin üzvü olub. Buna görə də əvvəllər oxşar cinayətlər törətmiş şəxslər bir-bir araşdırılaraq dindirilib.

1983-cü il oktyabrın 30-da Vera Şevkun adlı fahişənin cəsədi əvvəlki qurbanlara çox oxşar vəziyyətdə tapılır, lakin qatilin kimliyi hələ də məlum olmur. 1984-cü ilin yanvar və fevral aylarında daha iki qadını vəhşicəsinə öldürərək gözlərini kəsən qatil, mart ayında da 10 yaşlı uşağı qətlə yetirir. Sonrakı aylarda çoxlu qətllər törədən Çikatilonun qurbanları həm qadın, həm kişi, həm də uşaqlar olub. Elə həmin il oğurluq etdiyi üçün işindən qovulan qatil avqust ayından Rustovda dövlət qulluqçusu kimi fəaliyyətə başlayıb.

1984-cü il sentyabrın 13-də Rostovda avtobus dayanacağında qadınları aldatmaq istəyərkən yaxalanan Çikatilo bütün şübhələrə baxmayaraq, cəmi 3 ay həbs cəzasına məhkum edilir. Və bu cəza əvvəlki iş yerində oğurluq cinayətinə görə verilib. Dövrün kifayət qədər texnoloji imkanları olmadığı üçün qan qrupu ilə bağlı səhv diaqnoz qoyulan qatil sərbəst buraxıldıqdan sonra daha 21 cinayət törədib.

Və nəhayət, 1990-cı il noyabrın 6-da Çikatilo son cinayətlərindən birini törətdikdən sonra gələcək həbsinə səbəb olacaq addımı atın…

Belə ki, Çikatilo şübhəli şəkildə Donleshoz stansiyasının yaxınlığındakı meşəlik ərazidən çıxanda oradakı zabitin diqqətini çəkir. Çünki üzərində ot və torpaq ləkələri, yanağında qan damlasına bənzəyən qızartı da olur. Polis onu saxlayıb sorğu-sual edir, lakin Çikatilonu həbs etmək üçün heç bir səbəb olmadığına görə sərbəst buraxılır.

Noyabrın 6-da Çikatilonun öldürdüyü 22 yaşlı qadının meyiti noyabrın 13-də tapıldıqdan sonra təhlükəsizlik qüvvələri ərazidə araşdırmalara başlayıb. Müşahidəçinin hazırladığı hesabatda isə Andrey Çikatilo adı diqqət çəkib. Noyabrın 14-dən gizli şəkildə müşahidə olunmağa başlayan qatilin qadın və uşaqlarla əlaqə saxlamağa çalışdığı müəyyənləşib. Noyabrın 20-də həbs edilən Çikatilo bütün ittihamları rədd edib və günahsız olduğunu bildirib.

Amma 10 günün sonunda o, 34 məlum qətli və 22 naməlum qətli etiraf edib. Qurbanlarını necə qətlə yetirdiyini ətraflı təsvir edən seri qatil onları necə aldatdığını, hansı üsullarla tənha ərazilərə apardığını, qətl üsullarını və digər təfərrüatları sakit şəkildə aydınlaşdırıb.

Çikatilonu danışdırmaq məşhur psixiatrlardan birinə həvalə olunur. O, manyakdan birbaşa soruşur:

“Onları öldürəndə nə hiss edirdin?” – Və Çikatilo danışmağa başlayır.

O məhkəmə zamanı özünü dəli kimi aparır. “Anam hamilədir” – deyə qışqırır. Təbii ki, məhkəmə ekspertizası şizofreniya xəstələrini tanıyırdı. Onun ağlı başında olduğunu bilirdilər. Çikatilo bütün bu rollara sadəcə öldürülməmək üçün girirdi.
Məhkəmə zamanı Çikatilonun əhvalı yaxşı idi. Və birdən-birə bütün qətlləri etiraf etməyə başlayır. Birdən nə etdiyini dərk edir və yenidən dəli kimi qışqırmağa başlayır. Bir müddət sonra şalvarını çıxararaq çılpaq halda zalda dayanır. Hakim onu məhkəmə zalından çıxarır və bundan sonrakı bütün iclaslar Andrey olmadan keçirilir.

Çikatilo bildirib ki, bir çox hallarda qurbanlarının əlləri arxadan bağlanıb:

“Qurbanların qışqırtıları, qan və ağrı mənə rahatlıq və həzz verdi”.

O, belə qan donduran cümlələri ilə hətta hakimiyyəti də çaşdırıb. Qadın qurbanlarının bətnlərini və kişi qurbanlarının xayalarını çeynəyən sadist kişi onların qanını da dadıb.

Aparılan qiymətləndirmələrdən sonra Çikatilonun psixi vəziyyətinin stabil olduğu və 53 qadını öldürməkdə günahkar bilinən qatilin ölüm cəzasına məhkum edildiyi qənaətinə gəlinib. Eşitdiyi qərarla kamerasında dəli olan Çikatilo bütün cəhdlərinə baxmayaraq bağışlanmayıb. Və 1994-cü il fevralın 14-də onu kameradan çıxarıb səs keçirməyən otağa salınır.

O, 1994-cü ilin fevralın 14-də güllələnir. Hətta tutulmazdan əvvəlki son illərində nəvələri ilə mehriban baba kimi tanınırdı.  (Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər